İsmayıllıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı evində narkotik vasitə gizlətməkdə şübhəli bilinən Tircan kənd sakini, əvvəllər də məhkum olunmuş Sarvan Fətullayev saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman sellofan torbalarda və kibrit qutularında satış məqsədilə saxladığı, ümumi çəkisi 1 kiloqram 83 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsində cinayət işi başlanılıb, S.Fətullayevin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.
Sarvan Fətullayev