İsmayıllıda iki avtomobil toqquşdu, 1 nəfər öldü
02 noyabr 2025 11:04 (UTC +04:00)

İsmayıllıda iki avtomobil toqquşdu, 1 nəfər öldü

0

İsmayıllıda iki avtomobil toqquşub ölən var.

Lent.az xəbər verir ki, dünən İsmayıllı rayonunun Buynuz kəndi ərazisində Vüsal Rubilzadənin idarə etdiyi “Kia” və Zeynəddin Əliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə “VAZ”da olan sərnişin, 74 yaşlı Gülyaz Əliyeva aldığı xəsarətlərdən xəstəxanada ölüb.

DİN-in Mətbuat Xidmətinin  regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 448

Oxşar yazılar