Prokurorluq İsmayıllıdakı ana ölümü ilə bağlı məlumat yayıb.
Baş prokurorluğun Mətbuat xidmətindən Lent.az-a bildirilib ki, dekabrın 24-də saat 10 radələrində İsmayıllı rayon sakini, 1992-ci il təvəllüdlü Ülviyyə Əhmədovanın xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla müəyyən edilib ki, Ülviyyə Əhmədova bir gün öncə keysəriyyə əməliyyatı olunub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
***
saat 10:10
İsmayıllıda ana ölümü baş verib.
Lent.az-ın məlumatına görə, hadisə İsmayıllı rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində qeydə alınıb.
Doğuş üçün xəstəxanaya gətirilən Şuşa sakini, 1992-ci il təvəllüdlü Ülviyyə Əhmədova dünyasını dəyişib.
Ölümün dəqiq səbəbləri hələlik məlum deyil.
Qeyd edək ki, onun üç övladı var.
Faktla bağlı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.