İsmayıllıda yol qəzası
12 mart 2021 13:13 (UTC +04:00)

İsmayıllıda yol qəzası

İsmayıllıda buzlu yolda qəza, polis maşını yolda qaldı -VİDEO

İsmayıllıda yolun buz bağlaması səbəbindən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Bakı-Balakən yolunun 237-ci kilometrliyində qeydə alınıb. Yolun buz bağlaması nəticəsində bir neçə avtomobil sürüşüb bir-birinə çırpılıb. Həmçinin polis maşınlarının da yolda qaldığı və insanların həmin avtomobillərin hərəkəti üçün kömək etdiyi də bildirilir.

Bundan əlavə, baş verən qəzalar səbəbilə hazırda Bakı-İsmayıllı yolunun polislər tərəfindən bağlanıldığı da qeyd olunur.

İsmayıllıda buzlu yolda qəza oldu

# 1671
avatar

Mehman Nəbiyev

Oxşar yazılar