İsmayıllıda avtomobil ağaca çırpıldı, iki nəfər...
12 iyun 2023 23:31 (UTC +04:00)

İsmayıllıda avtomobil ağaca çırpıldı, iki nəfər...

0

Bu gün saat 15 radələrində İsmayıllı rayonunun Qalınçaq kəndi ərazisində “VAZ-2107” markalı avtomobilin sürücüsü Şaiq Seyidovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı ağaca dəyib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən xəbərə görə, yol-nəqliyyat hadisəsi zamanı avtomobildə olan sərnişinlər, Şamaxı regional Mühafizə Şöbəsinin mülki əməkdaşları Yalçın Nurəhmədli və Asiman Seyidov xəsarət alıblar.

Xəstəxanada Y. Nurəhmədliyə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, Asiman Seyidovun isə müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, avtomobili idarə edən mülki şəxs olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2068

Oxşar yazılar