Bu gün saat 12 radələrində İsmayıllı rayonu ərazisində “Hyundai” və “Lynco” markalı avtomobillər toqquşub.
Lent.az xəbər verir ki, nəticədə “Hyundai”da olan 60 yaşlı Elina Məmmədova və 2026-cı il təvəllüdlü oğlan uşağı həlak olublar.
DİN-in mətbuat xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.