İŞİD “Crocus”dakı terrorun  detallarını   AÇIQLADI
29 mart 2024 17:16 (UTC +04:00)

İŞİD “Crocus”dakı terrorun detallarını AÇIQLADI

İŞİD terrorçuları yenidən bəyanat yayaraq, "Crocus Siti Holl"da törədilən terror aktı ilə bağlı Rusiyanın uğursuzluğunu bəyan ediblər. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, onlar terror aktının planlaşdırıldığı kimi getmədiyini qeyd edərək, eyni zamanda hadisəyə görə məsuliyyət daşıdıqlarını vurğulayıblar.

Qruplaşmanın rəsmi qəzeti “Ən-Nəba”da islamçılar əməliyyatın təfərrüatlarını açıqlayan və Rusiya üzərində qələbələrinə əminliklərini ifadə edən məqalə dərc olunub. Onlar bildiriblər ki, Rusiya İŞİD-ə qarşı uğursuzluğunu etiraf edib, Ukrayna və onun Qərb müttəfiqlərini ittiham edib.

Qruplaşma iddia edir ki, Rusiya mücahidlərin vurduğu itkiləri ört-basdır etmək üçün məhbusların dindirilməsindən siyasi məqsədlər üçün istifadə edir.

Məqalədə həmçinin konsert salonuna gələnlərin güllələnməsinə görə üç yaraqlının məsuliyyət daşıdığı, dördüncüsü isə binanı yandırmalı olduğu “Crocus”da törədilən terror aktının təfərrüatları açıqlanıb. Onların sözlərinə görə, əməliyyatın bir hissəsi məhz qrupun planı əsasında həyata keçirilib.

# 2805
avatar

Oxşar yazılar