Qubadlı rayon Polis Şöbəsinin əməkdaşları "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçiriblər.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, nəticədə rayonun işğaldan azad olunmuş Bəxtiyarlı kəndi ərazisində yabanı halda bitmiş 2,2 ton çəkidə 4007 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.