İşğaldan azad edilmiş ərazilərə icazəsiz daxil olmaq istəyən şəxslər saxlanılıb
23 oktyabr 2021 13:42 (UTC +04:00)

İşğaldan azad edilmiş ərazilərə icazəsiz daxil olmaq istəyən şəxslər saxlanılıb

İşğaldan azad edilmiş ərazilərdən metal daşıyanlar saxlanıldı


Tərtər rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri nəticəsində işğaldan azad edilmiş Çaylı kəndinə stasionar postlardan kənar yollarla daxil olan şəxslər, Tərtər şəhər sakinləri Tahir Vəliyev və İlham Rüstəmli kənd ərazisində saxlanılıblar.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a  verilən məlumata görə, onların gəldikləri avtomobilin yük yerinə baxış keçirilən zaman dəmir metalları aşkar edilərək götürülüb.

T.Vəliyev və İ.Rüstəmlinin barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndəriliblər. Məhkəmənin qərarı ilə onların hər biri 8 gün müddətinə inzibati qaydada həbs ediliblər.

# 729
avatar

Oxşar yazılar