"İşə düzəldəcəm" deyib 6 nəfərin pulunu alanda qadın saxlanıldı - FOTO
13 fevral 2023 12:02 (UTC +04:00)

"İşə düzəldəcəm" deyib 6 nəfərin pulunu alanda qadın saxlanıldı - FOTO

0

Şirvanda dələduzluq edən qadın saxlanılıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən dələduzluq edərək, vətəndaşların xeyli miqdarda pulunu mənimsəyən şəxsin saxlanılması istiqamətində əməliyyat tədbiri keçirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini Nəsibə Mahmudova saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, N.Mahmudova şəhər sakini olan altı vətəndaşın etibarından istifadə edərək, onları işlə təmin edəcəyi barədə vədlər verib. Bu yolla zərərçəkənlərin ümumilikdə 13200 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Faktla bağlı Şirvan şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, N.Mahmudova barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Polis əməkdaşları həmin qadının digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər N.Mahmudovanın əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Şirvan ŞPŞ-nə məlumat vermələri xahiş olunur.

Nəsibə Mahmudova

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2005

Oxşar yazılar