İş adamı Moskvanın lüks otellərindən birində öz nömrəsində yuxudan oyanaraq 35 yaşlı arvadının cəsədini tapıb.
Lent.az Rusiya KİV-ə istinadla xəbər verir ki, memarlıq firmasının 39 yaşlı baş direktoru Andrey paytaxtda Leninqradskoye şossedəki “DoubleTree by Hilton” otelində qalıb. Hadisə martın 1-də baş verib.
Sahibkarın sözlərinə görə, həyat yoldaşı Dina heç bir xroniki xəstəlikdən əziyyət çəkməyib.
Maraqlıdır ki, otaqda o, naməlum şəxsdən belə bir qeyd tapıb: “Səni oyandıra bilmədim. Axşam üçün təşəkkür edirəm”. Qeyddə telefon nömrəsi də olub.
Qadının meyitində zorakılıq əlamətləri aşkar edilməyib. Tibbi ekspertiza onun ölümünün dəqiq səbəbini müəyyən edəcək.
Cütlüyün iki azyaşlı qızı qalıb.