Moskva vilayətində seks mağazasını qarət edən şəxs 6 saat sonra etiraf edib.
Lent.az Rusiya teleqram kanallarına istinadla bildirir ki, oğru səhər saat altı radələrində Krasnoqorskdakı 18+ mağazasının binasına daxil olub. O, giriş qapısının şüşəsini sındırıb içəri girib, bir qutuya çoxlu maraqlı və nalayiq əşyalar yığaraq gözdən itib. İşə gələn işçilər hesablayıblar ki, 500 min rubl (təxminən 9650 manat) dəyərində əşya oğurlanıb.
Polis oğrunu axtarmağa başlayıb, lakin o, özü şöbəyə gələrək təslim olub. 48 yaşlı Valera oğurladığı hər şeyi şəxsi cinsi məqsədlər üçün istifadə etmək istədiyini, lakin vaxtında dayandığını bildirib.
Seks oyuncaqları oğrusunun 48 yaşlı Krasnoqorsk merliyinə keçmiş namizəd və iş adamı Valeri Nemirovski olduğu üzə çıxıb.
Hazırda araşdırma aparılır.