İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən xəbərə görə, hadisə dekabrın 14-də saat 19 radələrində “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Alaşa kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində baş verib. Narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində bağlamalarda ümumi çəkisi 11 kiloqram 970 qram narkotik vasitə marixuana, bir ədəd “Glock” markalı tapança, bir ədəd daraq və on iki ədəd patron aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.