İrandan külli miqdarda narkotik gətirənlər  saxlanıldı
06 mart 2025 13:06 (UTC +04:00)

İrandan külli miqdarda narkotik gətirənlər saxlanıldı

0

Fevral ayının sonlarında Dövlət Sərhəd Xidmətinin “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində narkotik vasitələri ölkə ərazisinə keçirməyə cəhd göstərən 5 Azərbaycan vətəndaşı saxlanılıb.

Lent.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat xərkəzi məlumat yayıb.

Belə ki, fevralın 19-da sərhəd dəstəsinin xidməti ərazisində Füzuli rayon sakini 1985-ci il təvəllüdlü Məmmədov Elməddin Nurəddin oğlu 10 kiloqram 600 qram narkotik vasitəni (8 kiloqram 600 qram marixuana, 2 kiloqram metamfetamin) ölkə ərazisinə keçirməyə cəhd göstərərkən saxlanılıb.

Fevral ayının 26-da saat 20:40-da isə ümumi çəkisi 22 kiloqram narkotik vasitə marixuananı Azərbaycan Respublikası ərazisinə keçirməyə cəhd göstərən İmişli rayon sakini 2001-ci il təvəllüdlü Qarayev Əhəd Əlibala oğlu, Beyləqan rayon sakini 2003-cü il təvəllüdlü Məmmədli Nəcməddin Rasim oğlu, Şəki rayon sakinləri 1973-cü il təvəllüdlü Məmişov Elçin Eldar oğlu və 1973-cü il təvəllüdlü Muradov Mehman Mahir oğlu saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

İrandan Azərbaycana külli miqdarda narkotik keçirməyə cəhd edənlər saxlanılıb - FOTO İrandan Azərbaycana külli miqdarda narkotik keçirməyə cəhd edənlər saxlanılıb - FOTO İrandan Azərbaycana külli miqdarda narkotik keçirməyə cəhd edənlər saxlanılıb - FOTO İrandan Azərbaycana külli miqdarda narkotik keçirməyə cəhd edənlər saxlanılıb - FOTO

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1922

Oxşar yazılar