İrandan gətirilən külli miqdarda narkotik ələ keçirildi - FOTO
13 iyun 2023 11:48 (UTC +04:00)

İrandan gətirilən külli miqdarda narkotik ələ keçirildi - FOTO

0

Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən xəbərə görə, Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən İrandan Azərbaycana gələn yük nəqliyyat vasitəsinə gömrük yoxlaması keçirilib. Bu zaman malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə nəqliyyat vasitəsinin qoşqusunun taxta döşəməsinin altında konstruktiv müdaxilə ilə xüsusi olaraq düzəldilmiş gizli saxlanc yerindən gömrük nəzarətindən gizlədilmiş külli miqdarda narkotik vasitələr və psixotrop maddələr, habelə Azərbaycanda dövriyyəsinə icazə verilməyən coxsaylı dərman preparatları aşkar edilərək götürülüb.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, aidiyyəti şəxslər cinayət məsuliyyətinə cəlb olunub.

Hazırda cinayət işinin istintaqı davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1755

Oxşar yazılar