İrandan Astaraya 61 kilo narkotik gətirən  qohumlar saxlanıldı
13 may 2024 16:51 (UTC +04:00)

İrandan Astaraya 61 kilo narkotik gətirən qohumlar saxlanıldı

0

Polis əməkdaşları tərəfindən ölkə ərazisində narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində intensiv mübarizə tədbirləri davam etdirilir.

Lent.az-a bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Astara rayonunda keçirdiyi növbəti tədbir zamanı rayonun Sım kəndində yaşayan Xətai Xalıqov və qohumu Afşin Salayev saxlanılıblar. Onlardan və X.Xalıqovun idarə etdiyi avtomobildən tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 61 kiloqram marixuana və narkotiklərin qanunsuz dövriyyəsində istifadə etdikləri 4 ədəd bank kartı aşkarlanıb. Araşdırmalarla müəyyən edilib ki, saxlanılanlar şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə əlbir olaraq qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik maddələrin gətirilməsini təşkil edib və marixuananı Sım kəndi ərazisində əldə edib. Onlar maddi qazanc əldə etmək məqsədi ilə həmin narkotikləri ayrı-ayrı şəxslərə çatdırmağı planlaşdırıblar.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

İrandan gətirilən 61 kq narkotiki satmaq istəyən Astara sakinləri saxlanılıblar

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3436

Oxşar yazılar