İpoteka pullarını mənimsəyən bank işçisi HAKİM QARŞISINDA
15 fevral 2023 16:08 (UTC +04:00)

İpoteka pullarını mənimsəyən bank işçisi HAKİM QARŞISINDA

İpoteka ödənişlərini mənimsəməkdə təqsirləndirilən vəzifəli şəxsin barəsində ibtidai istintaq tamamlanıb.

Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaq zamanı “Kapital Bank” ASC-nin əməkdaşı C. Ə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ipoteka krediti üçün işlədiyi banka müraciət etmiş ayrı-ayrı şəxslərin ödədiyi külli miqdarda vəsait və sığorta haqlarını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

C. Ə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və digər maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Həmçinin, istintaq zamanı vurulmuş ziyanın 79 min 100 manat hissəsinin ödənilməsi təmin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1704
avatar

Oxşar yazılar