İntim görüntülər  paylaşan tiktoker   saxlanıldı
09 mart 2026 14:10 (UTC +04:00)

İntim görüntülər paylaşan tiktoker saxlanıldı

0

İntim görüntülər paylaşan tiktoker saxlanılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, 29 yaşlı Həmidxan Qafarov (soyad şərtidir) fevralın 26-da tiktok sosial şəbəkəsində “e tahir elekberon 2” adlı saxta hesab yaradaraq qızla olan intim görüntülərini paylaşıb.

Bu əməlinə görə o, saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.

Barəsində inzibati xəta üzrə icraat aparılan şəxs əməlindən peşman olduğunu, zərərçəkənlə barışdığını və bir daha belə hallara yol verməyəcəyini deyib. Zərərçəkən şəxs də Həmidxan Qafarovla barışdığını və ona qarşı şikayətinin olmadığını bildirib.

Məhkəmənin qərarı ilə Qafarov, 500 manat cərimələnib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 440

Oxşar yazılar