İmişlidə təkər partladı: ustanın qolu qopdu
13 iyun 2023 10:34 (UTC +04:00)

İmişlidə təkər partladı: ustanın qolu qopdu

0

İmişlidə nəqliyyat vasitəsinin təmiri zamanı təkər partlayıb.

Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, hadisə iyunun 12-si saat 17 radələrində İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən “Türkaz” MMC-yə məxsus qum-çınqıl karxanasında baş verib. Təmirçi işləyən 33 yaşlı İlqar Qurbanov iş yerində təmir etdiyi nəqliyyat vasitəsinin təkərinin partlaması nəticəsində sol qolunu itirib.

Faktla bağlı İmişli rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2399

Oxşar yazılar