İmişlidə baş verən qəzada 1 nəfər xəsarət alıb
26 oktyabr 2021 20:32 (UTC +04:00)

İmişlidə baş verən qəzada 1 nəfər xəsarət alıb

0

İmişlidə baş verən qəzada 21 yaşlı qadın kəllə-beyin travması alıb.
Lent.az-ın məlumatına görə, hadisə İmişli-Biləsuvar yolunda baş verib. 

"VAZ 21015"  markalı avtomobil "KamAZ" markalı avtomobillə toqquşub. Nəticədə minik avtomobilində olan sərnişin, İmişlinin Xəlifəli kənd sakini, 2000-ci ildə anadan olmuş Nurullayeva Gültəkin Namazəli qızı kəllə-beyin travması alıb. Yaralı  Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1426

Oxşar yazılar