ABŞ-ın Florida ştatında ovçunun 16 yaşlı qızı ildırım vurması nəticəsində dünyasını dəyişib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, ailə tufan zaman ovlarını izləyirmiş.
KİV-in məlumatına görə, ov zamanı ata və qızın yanında olan ağaca ildırım düşüb. Hər ikisi huşlarını itiriblər. Bir müddət sonra özünə gələn ata yanında huşsuz vəziyyətdə olan qızı görüb və dərhal xilasediciləri çağırıb.
Hadisə yerinə gələn polis yeniyetməni reanimasiya etməyə çalışıb, bundan sonra qız həkimlərə təhvil verilib. Xəstəxanada həkimlər iki gün xəstənin həyatı üçün mübarizə aparsalar da, o, heç vaxt özünə gəlməyib. Qızı xilas etmək mümkün olmayıb.