Tacikistan vətəndaşı 5 aylıq hamilə olan arvadını ikinci arvadını qəbul etmədiyi üçün döyüb.
Lent.az-ın Rusiya mediasına istinadla məlumatına görə, qadın Moskva yaxınlığındakı Odintsovo xəstəxanasına aparılıb. Ona beyin silkələnməsi diaqnozu qoyulub. Başına gələnləri açıq-aydın izah edə bilməyib və həkimlər ona özünə gəlmək imkanı veriblər.
Bir müddət sonra o, hüquq-mühafizə orqanlarının əməkdaşlarına ərinin onu döydüyünü deyib: “Mən təsadüfən bildim ki, ərim yenidən ailə qurub, bu barədə mənə heç nə deməyib və fikrimi soruşmayıb. Təbii ki, qəzəbləndim, qalmaqal oldu. Çox ucadan qışqırdı, ümumiyyətlə, onun qərarı ilə mübahisə etməyimdən xoşu gəlmədi, məni vurdu. Xəstəxanadan onun yanına qayıtmayacağam, qardaşım məni yanına aparacaq”.
Tacikistan qanunvericiliyi çoxarvadlılığı qadağan edir, lakin kişinin dördə qədər qeyri-rəsmi arvadı ola biləcəyi ənənə hələ də qorunub saxlanılır. Bu zaman kişi ilə qadın arasında xüsusi ritual - nikah edilir.