İki yaşlı uşaq binadan yıxılıb öldü
18 may 2023 10:49 (UTC +04:00)

İki yaşlı uşaq binadan yıxılıb öldü

0

Voloqda vilayətində uşaq ikinci mərtəbənin pəncərəsindən yıxılaraq xəstəxanada ölüb.

Lent.az Rusiya mediasına istinadla xəbər verir ki, iki yaşlı uşaq ikinci mərtəbənin pəncərəsindən yıxılaraq ağır xəsarət alıb. Uşaq Voloqdadakı tibb müəssisəsinə yerləşdirilib, həkimlər ona parietal sümüyünün sınığı və beyinin əzilməsi diaqnozu qoyublar.

Bir gün sonra uşaq xəstəxanada dünyasını dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2030

Oxşar yazılar