Bakının Sabunçu rayonunda 2 yaşlı uşağı oğurlamaqda təqsirləndirilən Gültəkin Muradova barəsində həbs qətimkan təbirinin seçilməsi ilə bağlı istintaq orqanın təqdimatına baxılıb.
Lent.az-ın APA-ya istinadən xəbərinə görə, Sabunçu rayon Məhkəməsində keçirilən prosesdə təqdimat təmin edilib və onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Bu işdə saxlanılan iki nəfər barəsində isə hələlik məhkəmə qərarı yoxdur.
Qeyd edək ki, ötən il dekabrın 29-da 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyev Sabunçu rayonu Sabunçu qəsəbəsində yaşadığı evdən oğurlanıb.
Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməldaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbiri nəticəsində oğurlanan uşaq tapılıb.
Onu oğurlamaqda şübhəli bilinən Gültəkin Muradova, Şamil Əliyev və uşağın atası uşağın atası Elgün Nəsirov da istintaqa cəlb ediliblər. Daha sonra qadın təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Digər iki şəxs şübhəli şəxs qismində saxlanılırlar.
Faktla bağlı Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb.