İki rayonda evlərdən 60 min manatıq OĞURLUQ
02 oktyabr 2021 15:28 (UTC +04:00)

İki rayonda evlərdən 60 min manatıq OĞURLUQ

Şabran və Ağstafada evlərdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə,Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki bir evdən 5300 manat, digər evdən isə 24952 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş N.Əliyev saxlanılıb.

Bundan başqa, Ağstafa Rayon Polis Şöbəsi və Tovuz Rayon Mühafizə Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağstafa rayonunun Poylu qəsəbəsindəki evlərin birindən 30000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Tovuz rayon sakini E.Aslanov tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1362
avatar

Oxşar yazılar