Sverdlovsk vilayətinin Slobodo-Turinski rayonunda təqaüdçü öz oğullarını güllələyib: onlardan biri ölüb, ikincisinə tibbi yardım göstərilir.
Lent.az xarici mediaya istinadla bildirir ki, Sverdlovsk vilayətinin İstintaq Komitəsinin mətbuat xidmətinin məlumatına görə, noyabrın 6-da axşam saatlarında 73 yaşlı yerli sakin yetkin uşaqları ilə mübahisə etdikdən sonra silahı götürərək onlardan birinin qarnına, ikincisi çiyininə atəş açıb.
"45 yaşlı zərərçəkən yerindəcə keçinib. İkincisi isə silahlı atasından qaçıb. Müttəhim şəxsi fermalardan birində samanlıqda saxlanılıb. Orada, boş it komasında cinayətdə istifadə edilən silah tapılıb", - məlumatda qeyd edilir.
Təqaüdçü adam öldürmə və adam öldürməyə cəhddə ittiham olunub. İş üzrə ekspertizalar, o cümlədən psixiatrik müayinələr təyin edilib.
Regional Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Valeri Qorelix deyib: “Faciə spirtli içkilərdən sui-istifadə nəticəsində baş verib”.
O, bütün ailə üzvlərinin rəsmi olaraq heç bir yerdə işləmədiyinə də aydınlıq gətirib. Bir versiyaya görə, atanın oğlanlarını güllələməsinə səbəb də onların avaralıq etməsi olub.