Bakının Xətai rayonu ərazisində 2 evdən ümumilikdə 3400 manat pul oğurlanıb.
Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Xətai rayon Polis İdarəsi 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini R.Həsənov saxlanılıb.