Gəncədə intihara cəhd baş verib.
Lent.az-ın məlumatına görə, hadisə Gəncə şəhər İcra Hakimiyyətinin qarşısında qeydə alınıb. 30 yaşlı Əliyev Arzu Marif oğlu İcra Hakimiyyətinin inzibati binasının qarşısında qollarını kəsərək özünə xəsarət yetirib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. A. Əliyev xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, o, əlilldir.
Həmin şəxs icra hakimiyyətindən torpaq almaq istəyib.
Fuad Nazimoğlu