Yardımlıda gözətçini elektrik cərəyanı vurub.
Rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, iyunun 11-i saat 13 radələrində Yardımlı rayon sakini, 40 yaşlı Sərhad Sultanovun ölməsi barədə məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, Yardımlı rayon İcra Hakimiyyətinin Yaşıllaşdırma İdarəsində gözətçi işləyən Sərhad Sultanov Viləş çayının Yardımlı şəhərindən keçən hissəsinin kənarında su nasosunu təmir edən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı Yardımlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
- Meteohəssas insanlar üçün sabahın PROQNOZU
- Şəhidin 9 yaşlı övladı Leyla Əliyevaya: "Sizin də atanız bir qəhrəmandır! İstəyirik ki, bu mahnını bir yerdə ifa edək!"
- Uzun müddətdir nə arzulayırdınız? – Dörd BÜRCƏ böyük uğur müjdəsi
Hazırda iş üzrə istintaq davam edir.