İçkili sükan arxasında olan SÜRÜCÜNÜN AQİBƏTİ...
27 oktyabr 2021 08:57 (UTC +04:00)

İçkili sükan arxasında olan SÜRÜCÜNÜN AQİBƏTİ...

0

Goranboyda içkili vəziyyətdə olan motosikletçi qəza törədib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Qızılhacılı qəsəbəsi yaxınlığından keçən avtomobil yolunda baş verib.

“VAZ 2106” markalı maşın motosikletlə toqquşub. Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan 1987-ci il təvəllüdlü Qızılhacılı qəsəbə sakini olan motosikletçi Baxşəliyev Xəyal Namiq oğlu xəstəxanaya çatdırılıb.

İlkin müayinə zamanı onun həddən artıq içkili vəziyyətdə olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1610

Oxşar yazılar