İçkili dostunu televizorla   öldürdü
16 may 2023 13:21 (UTC +04:00)

İçkili dostunu televizorla öldürdü

0

Rusiyada qətl hadisəsi olub.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, hadisə Saxalin vilayətinin Oxa şəhərində Dzerjinski küçəsində baş verib.

25 yaşlı oğlan 48 yaşlı tanışı ilə spirtli içki qəbul edib. Onlar arasında münaqişə yaranıb və 25 yaşlı oğlan dostunu yumruqlayıb.

Dava zamanı təqsirləndirilən şəxs televizoru götürüb dostunun başına bir neçə dəfə atıb. Nəticədə zərərçəkmiş hadisə yerində ölüb.

Məhkəmənin hökmünə əsasən, Oxinsk vətəndaşı ciddi rejimli koloniyada çəkməklə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1611

Oxşar yazılar