Hüseyn Əzizoğlunun restoranında cinayət törədən tutulub.
Daxili İşlər Nazirliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda müvafiq polis orqanında təhqiqat araşdırması aparılır.
Əməli törədən şəxs müəyyən olunaraq saxlanılıb.
Zərərçəkmişin xəsarətlərinin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.
Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
***
saat 12:51
Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırmalara başlayıb.
Qurumun mətbuat xidmətindən Lent.az-a bildirilib ki, hadisə ərazi polis orqanında araşdırılır.
Əlavə məlumat veriləcək.