Horadiz-Mincivan dəmiryol xəttindən oğurluq edənlər saxlanılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbrəə görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının çevikliyi və operativliyi sayəsində Horadiz-Mincivan dəmir yolunun Füzuli rayonu ərazisindən keçən hissəsindən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus 49 ədəd relsi oğurlayan 3 nəfər saxlanılıb.
Onların Beyləqan rayon sakini İ.Həsənov, Bakı şəhər sakini Z.Zahidov və Ağdam rayon sakini M.Musayev olduqları müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.