“Honda” ilə gəlib,  zavod yaxınlığında   özünü asdı
21 noyabr 2023 22:34 (UTC +04:00)

“Honda” ilə gəlib, zavod yaxınlığında özünü asdı

0

Noyabrın 21-də İrəvanda müəmmalı hadisə baş verib.

Lent.az-ın xarici KİV-ə istinadla bildirdiyinə görə, saat 08:40-da Ermənistan Daxili İşlər Nazirliyinin polis və xilasetmə xidmətinin milli böhran idarəetmə mərkəzlərinə məlumat daxil olub ki, Baqrevənd-Dzraxbyur magistralında, penoplast istehsalı zavodunun yaxınlığında qaz borusunda kişi meyiti asılmış vəziyyətdə qalıb. 

Hadisə yerinə gələn polis və patrul əməkdaşları mərhumun şəxsiyyətini müəyyən ediblər: onun 42 yaşlı Yerevan sakini Q.A. olduğu üzə çıxıb.

Hadisə yerindən “Honda” markalı avtomobil aşkarlanıb, həmin şəxs ilkin ehtimala görə, yuxarıda qeyd olunan yerə gedib və özünü asıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5272

Oxşar yazılar