
Hirkan qoruğunda yanğın belə söndürülür - VİDEO
Astara rayonu ərazisində Hirkan Milli Parkında baş vermiş yanğının söndürülməsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi tərəfindən operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, yanğının söndürülməsinə relyefin mürəkkəbliyi və hava şəraitinin əlverişsizliyi ciddi maneə yaradır. Yanğının daha geniş sahəyə yayılması və Milli Parkın ərazisinə, ümumiyyətlə, ekologiyaya daha böyük ziyan vurmasının qarşısının alınması məqsədilə FHN-in qüvvələri tərəfindən zəruri tədbirlər davam etdirilir. Bu gün yanğınsöndürmə əməliyyatına Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən 44 nəfər şəxsi heyət, 2 texnika, Mülki Müdafiə Qoşunlarından 28 nəfər şəxsi heyət, 2 texnika, Xüsusi Riskli Xilastemə Xidmətindən 31 nəfər şəxsi heyət, 2 texnika, Cənub Regional Mərkəzindən 18 nəfər şəxsi heyət, 2 texnika, eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 15 nəfər əməkdaşı cəlb olunub. Əməliyyata, həmçinin Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin "BE-200ÇS" tiplı amfibiya təyyarəsi də cəlb edilib.
Əlavə məlumat veriləcək.
Hirkan qoruğunda yanğının söndürülməsi davam edir
edsdsds.jpg)
Mehman Nəbiyev
Oxşar yazılar

Laçının müdafiəsində ağır yaralanan əsgərimiz ŞƏHİD OLDU
8 mart 2021 , 00:07
Piyada hadisə yerində keçindi
7 mart 2021 , 20:52
RAYONDA FACİƏ: daha bir gənc həyatını itirdi
7 mart 2021 , 20:46
Güclü küləyin fəsadları belə aradan qaldırılır - VİDEO
7 mart 2021 , 19:36
Külək ağacı avtomobilin üzərinə aşırdı -FOTO
7 mart 2021 , 15:12
Külək "Kamaz"ı aşırdı-FOTO
7 mart 2021 , 14:44
Daha bir məktəbin damı uçdu-FOTO
7 mart 2021 , 14:00
Bu gizli toyda... - FOTOLENT
7 mart 2021 , 13:19