
Hirkan Milli Parkında yanğının söndürülməsinə təyyarə və 2 helikopter cəlb edilib

"Hirkan Milli Parkında baş vermiş yanğının bir istiqamətdə söndürülməsinə nail olunub. Digər istiqamətlərdə isə məhdudlaşdırılma olsa da, tam söndürülməyib".
Bunu APA-ya açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Əkbər Novruzov deyib.
O bildirib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində işlər aparılır: "Məlumat üçün bildirim ki, yanğın baş verən ərazi dəniz səviyyəsindən 1600-1800 metr yüksəklikdədir. Eyni zamanda ərazidə olan güclü külək yanğının tam söndürülməsinə maneçilik törədir".
Rəis müavini həmçinin qeyd edib ki, yanğının söndürülməsinə ümumilikdə Fövqəladə Hallar Nazirliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 135 nəfər şəxsi heyəti, 8 texnikası, həmçinin, 1 təyyarə və 2 helikopter cəlb edilib: "Hazırda cəlb olunmuş qüvvələr tərəfindən yanğının tam söndürülməsi işləri davam etdirilir”.

Oxşar yazılar

Laçının müdafiəsində ağır yaralanan əsgərimiz ŞƏHİD OLDU
8 mart 2021 , 00:07
Piyada hadisə yerində keçindi
7 mart 2021 , 20:52
RAYONDA FACİƏ: daha bir gənc həyatını itirdi
7 mart 2021 , 20:46
Güclü küləyin fəsadları belə aradan qaldırılır - VİDEO
7 mart 2021 , 19:36
Külək ağacı avtomobilin üzərinə aşırdı -FOTO
7 mart 2021 , 15:12
Külək "Kamaz"ı aşırdı-FOTO
7 mart 2021 , 14:44
Daha bir məktəbin damı uçdu-FOTO
7 mart 2021 , 14:00
Bu gizli toyda... - FOTOLENT
7 mart 2021 , 13:19