"TikTok"da Ləman adlı istifadəçi Azərbaycan himnini təhqir edərək, video paylaşıb.
Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial mediada yayılıb. Hər kəs gənc qızın bu hərəkətini kəskin qınayıb və cəzalanmasını tələb edib. Belə ki, görüntülərdə "TikTok"er himnin sözlərini dəyişərək, nalayiq ifadələr işlədib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, V. L müəyyən edilərək müvafiq orqanına polis orqanına dəvət olunub:
"Onunla profilaktik icraat işi aparılıb. Xanım əməlindən səmimi peşmanlığını ifadə edərək, üzrxahlıq edib, səhifələrindən paylaşımı silib".