Oğurluğa görə saxlanılanlar
15 yanvar 2022 12:27 (UTC +04:00)

Oğurluğa görə saxlanılanlar

Heyvan oğruları TUTULDU

Mingəçevirdə fermadan iribuynuzlu heyvanlar oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, şöbəyə müraciət edən ferma sahibi ona məxsus təsərrüfatdan iribuynuzlu heyvanların oğurlandığını bildirib.

Hadisəni törədən naməlum şəxslərin tapılaraq məsuliyyətə cəlb edilməsi istiqamətində polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı üç nəfər Mingəçevir şəhər sakini –Vüsal Nəbiyev, Elməddin Qocayev və İsa Məmmədov cinayətdə şübhəli bilinərək saxlanılıblar.

Onlar əməllərini etiraf edib və oğurladıqları mal-qaranı Bərdə rayonuna apararaq orada satdıqlarını bildiriblər. Tədbirlərin davamı olarq həmin iribuynuzlu heyvanlar isə satılan şəxsdən götürülərək sahibinə geri qaytarılıb.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslərin digər cinayətlərdə iştiraklarının olub-olmaması araşdırılır.

# 1293
avatar

Mehman Nəbiyev

Oxşar yazılar