Göyçayda toy mərasimlərində karantin qaydaları pozulub.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, rayonun Cəyirli kəndində Məhəmməd Vahidova məxsus evin həyətində təşkil edilən toy mərasimində 150 nəfərdən artıq qonağın iştirak etdiyi və bəzilərinin COVID-19 pasportunun olmadığı müəyyən edilib.
Analoji qayda pozuntularına rayonun Hacağabəyli kəndində Elsevər Quluyevə məxsus ünvanda keçirilən şənlik mərasimində də rast gəlinib.
Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar həmin şəxslər inzibati məsuliyyətə cəlb olunaraq cərimələniblər.