Hesabı  ödəmədi,   kafe sahibini  bıçaqladı
23 mart 2022 03:40 (UTC +04:00)

Hesabı ödəmədi, kafe sahibini bıçaqladı

0

Bakının Xətai rayonunda bıçaqlanma baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə General Şıxlınski küçəsində yerləşən iaşə obyektlərinin birində qeydə alınıb.

Kafe sahibi 1979 - cu il təvəllüdlü Məmmədov Ramin Müsfər oğlu, hesabı ödəmədiyi üçün müştəri ilə mübahisə edib.

Tərəflər arasında mübahisə bundan sonra davaya keçib.

Bu zaman kafe sahibi R.Məmmədov bıçaqlanıb.

O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2171

Oxşar yazılar