Hərbi texnikanı  İrana aparan   azərbaycanlı həbs olundu
23 yanvar 2024 18:50 (UTC +04:00)

Hərbi texnikanı İrana aparan azərbaycanlı həbs olundu

0

Ötən ilin sonunda Moskva Apellyasiya Məhkəməsi hərbi texnikanın qanunsuz ixracı ilə bağlı iş üzrə qərar çıxarıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, 2021-ci ilin sentyabrında FSB əks-kəşfiyyatı Azərbaycan əsilli Rusiya vətəndaşı Əliyar Qasım oğlu Ağalarovu həbs edib. O, Mİ-381 və Mİ-381-1 maqnetronlarını “Tor” hava hücumundan müdafiə sistemində istifadə olunmaq üçün Azərbaycan ərazisindən qaçaqmalçılıq yolu ilə İrana daşıyıb.

FSB araşdırmasına görə, 2020-ci ilin sonunda Ağalarov Ukraynanın “Ukroboronprom” holdinqinin ixrac bölməsi “Ukroboroneksport” dövlət müəssisəsinin törəmə müəssisəsi olan “Ukroboronservis”in maraqlarını təmsil edən potensial ukraynalı alıcı ilə əlaqə saxlayıb.

Məhkəmə iclasında Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmət və Texniki və İxrac Nəzarəti üzrə Federal Xidmət 2007-ci ildə “Tor” sistemlərinin Tehrana satılmasına baxmayaraq, maqnetronların rəsmi kanallar vasitəsilə İrana çatdırılmadığını məhkəməyə təsdiqləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4861

Oxşar yazılar