Çavuş Əhmədov Tural
04 noyabr 2021 22:34 (UTC +04:00)

Çavuş Əhmədov Tural

Hərbi qulluqçumuz TƏLİM ZAMANI ÖLDÜ

0

Dövlət Sərhəd Xidmətinin (DSX) müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində vəfat edib.

Bu barədə Lent.az-a DSX-dan məlumat verilib.

Bildirilib ki, noyabr ayının 4-də saat 17:20 radələrində DSX Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində keçirilən səhra təlimləri zamanı çavuş Əhmədov Tural Əkrəm oğlu AQS-17 silahından atəş açarkən qəlpə yarası alıb. Hərbi qulluqçunun təxliyəsi üzrə dərhal tədbirlər görülsə də, həyatını xilas etmək mümkün olmayıb. 

Hadisə ilə əlaqədar DSX və Baş Prokurorluq tərəfindən birgə araşdırma tədbirləri həyata keçirilir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3440

Oxşar yazılar