Helikopter qəzasında ölənlərin SİYAHISI
30 noyabr 2021 16:08 (UTC +04:00)

Helikopter qəzasında ölənlərin SİYAHISI

Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində aşağıdakı hərbi qulluqçular həlak olub:

polkovnik Cavadov Fizuli Əli İbram oğlu;
polkovnik-leytenant  Nəzirov Emil Nəzir oğlu; 
mayor Həsənov Elmir Mircəlil oğlu;
mayor Əhmədov Elbrus Səmrəddin oğlu;
mayor Mayılov Emil Şahid oğlu;
mayor Məmmədov Murad Yaşar oğlu;
mayor Əliyev Emil Elman oğlu;
tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;
kapitan Bayramlı Cavid Əhliman oğlu;
kapitan Əliyev Xəyyam  Əlixan oğlu;
kapitan Qaraisayev Teymur  Ənvər oğlu;
leytenant  Süleymanov Abdulla Telman oğlu;
baş leytenant Nağıyev Fərid Təyyar oğlu;
işçi Nəbiyev Elçin Fikrət oğlu.

Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıb.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi qəza nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralıların tezliklə sağalmasını arzu edir.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb. Cinayət işinin istintaqı Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.

Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri həyata keçirilir.

***

saat 13:24

Dövlət Sərhəd Xidmətinə məxsus olan, Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayan helikopterdə 15 nəfər heyət olub.

Lent.az AFN-ə istinadən qəza zamanı helikopterdə olanların adlarını təqdim edir:

Polkovnik Füzuli Cavadov
Polkovnik-leytenant Emil Nəzirov
Kapitan Cavid Bayramlı
Mayor Elmir Həsənov
Mayor Emil Mayılov
Mayor Elbrus Əhmədov
Mayor Murad Məmmədov
Kapitan Xəyyam Əliyev
Baş leytenant Abdulla Seleymanov
Mayor Emil Əliyev
Leytenant Dərya Məclunov
İşçi Nəbiyev
Kapitan Ceyhun Əhmədxanov
Baş leytenant Fərid Nağıyev

***

Saat: 12:12

Bu gün saat 10:40-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.

Bu barədə Lent.az-a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib. Bildirilbi ki, qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var. 

Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerindədir. Hadisə ilə əlaqədar birgə araşdırma tədbirləri həyata keçirilir.

# 33087
avatar

Mehman Nəbiyev

Oxşar yazılar