Türkiyədə universitetdə dərs deyən həkim qeyri-adi şəkildə intihar edib.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Denizli şəhəri Pamukkale qəsəbəsində baş verib. Dr Serhat Arasın meyiti qəsəbə ərazisində Seyir təpəsi deyilən ərazidə avtomobilində tapılıb.
Polisin avtomobildə axtarışı zamanı salondan iynə tapılıb. Məlum olub ki, həkim universitetdə damarına öldürücü iynə vurub. Həmin iynənin öldürücü təsiri isə 1-2 saat sonra reallaşır. Bununla da Serhat Aras 1-2 saat sonra ölmək üçün qeyd olunan yerə gedib və ölümünü gözləyib.
Məlum olub ki, mərhumun qumar borcları var imiş. Onun həmin səbəbdən özünü öldürdüyü bildirilir.
Hazırda araşdırma aparılır.