1 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar Xidmətdən Lent.az-a verilən məlumata görə, məhkum Elçin Mirheydər oğlu Cavadova gətirilən sovqata baxış keçirilib. Bu zaman orada olan naringinin içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 4,772 qram olan narkotik maddə - heroin, ümumi çəkisi 0,791 qram olan narkotik maddə - marixuana, ümumi çəkisi 2,138 qram olan psixotrop maddə - metamfetamin və ümumi çəkisi 0,04 qram olan metadon həbi aşkar olunub.
Elçin Cavadov Cinayət Məcəlləsinin 120.2.11; 181.3.3; 221.3; 228.4 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 19 il müddətinə azadlıqdan məhrum edilib.
Faktla bağlı araşdırma aparılır.