8 saylı cəzaçəkmə və İxtisaslaşdırılmış müalicə müəssisələrinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdlərinin qarşısı alınıb.
Penitensiar Xidmətdən Lent.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə təqsirli bilinərək 13 il 6 ay azadlıqdan məhrum edilən və 8 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Əfləddin Qulaməli oğlu Muradova qohumu Abşeron rayon sakini Rövşən Umud oğlu Xasayevin gətirdiyi isovqata baxış keçirilib. Bu zaman orada olan makaronun içərisində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 1,333 qram olan narkotik maddə - heroin və ümumi çəkisi 0,458 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.
Həmçinin Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum edilmiş və İxtisaslaşdırılmış müalicə müəssisəsində saxlanılan məhkum Niyazi Rafiq oğlu Səfərov ilə qısamüddətli görüşə gəlmiş anası Bərdə rayon sakini Gündüzə Qəmbər qızı Həsənovanın üzərində və gətirilmiş sovqata baxış keçirilib. Bu zaman ona məxsus pul kisəsinin içərisində gizlədilmiş ümumi çəkisi 0,139 qram olan narkotik maddə - əkib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisinin toxumları aşkar edilib.
Faktlarla bağlı araşdırma aparılır.