Narkotik maddə
19 fevral 2021 18:57 (UTC +04:00)

Narkotik maddə

Həbsdəki atasına narkotik gətirəndə tutuldu

0

Penitensiar xidmətin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İxtisaslaşdırılmış müalicə müəssisəsinə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən Lent.az-a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilən  və hazırda Penitensiar xidmətin İxtisaslaşdırılmış müalicə müəssisəsində saxlanılan Kənan Saday oğlu Əzimova Abşeron rayon, Xırdalan şəhərində yaşayan oğlu Əzimov Ələkbər Kənan oğlunun gətirdiyi sovqata baxış keçirilən zaman orada olan gödəkçənin cibində gizlədilmiş bir ədəd kağız bükülüdə ümumi çəkisi 0,179 qram olan narkotik maddə - heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1476

Oxşar yazılar