Narkotikə görə saxlanılanlar
20 avqust 2021 15:32 (UTC +04:00)

Narkotikə görə saxlanılanlar

Hacıqabulda "patı" satanlar tutuldu - FOTO

Hacıqabulda narkotacirlərə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, əməliyyat zamanı Hacıqabul rayon sakini Xalid İbrahimov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı psixotrop maddə olan metamfetamin (patı) aşkar edilərək götürülüb.

Dindirilmə zamanı X.İbrahimov narkotik maddəni Həmid adlı şəxsdən aldığını bildirib. Keçirilən tədbirlərlə rayon sakini, əvvəllər məhkum olunmuş Həmid Cəfərov da saxlanılaraq istintaqa təqdim olunub.

Hacıqabul rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi digər əməliyyat zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri Aslan Rzayev və Rauf Şahbazov saxlanılıblar. Baxış zamanı onlardan da metamfetamin aşkarlanıb.

Faktlarla bağlı rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2568
avatar

Mehman Nəbiyev

Oxşar yazılar