Hacıqabulda AĞIR QƏZA:  15 yaşlı qızı   öldü, sürücü anası yaralandı
12 may 2023 19:31 (UTC +04:00)

Hacıqabulda AĞIR QƏZA: 15 yaşlı qızı öldü, sürücü anası yaralandı

1

Hacıqabulda yol qəzası baş verib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu, Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı sakini, 40 yaşlı Əliyeva Vəfa Fərhad qızının idarə etdiyi "Hyundai" markalı avtomobil TIR-la toqquşub və dəmir arakəsməyə çırpılıb.

Nəticədə sürücünün 15 yaşlı qızı hadisə yerində ölüb. Sürücü Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 3364

Oxşar yazılar