Gürcüstanda Azərbaycan vətəndaşının qətlində ittiham olunan  şəxs saxlanıldı -VİDEO
11 iyul 2026 11:39 (UTC +04:00)

Gürcüstanda Azərbaycan vətəndaşının qətlində ittiham olunan şəxs saxlanıldı -VİDEO

0

Gürcüstanda Azərbaycan vətəndaşı Fatimə Kərimovanı qətlə yetirməkdə ittiham olunan Emin Əliyev Batumi Beynəlxalq Hava Limanında saxlanılıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Məlumata əsasən, təqsirləndirilən şəxsin həbsi türkiyəli və azərbaycanlı həmkarlarla sıx koordinasiya şəraitində, həmçinin Gürcüstanın Türkiyədəki polis attaşesinin birbaşa iştirakı ilə həyata keçirilib.

Qeyd edək ki, Fatimə Kərimova iyunun 27-də Tbilsidə qətlə yetirilib. Emin Əliyev də Azərbaycan vətəndaşıdır. Gürcüstanın Baş Prokurorluğu ona qarşı ağırlaşdırıcı hallarda xarici vətəndaşın qəsdən qətlə yetirilməsi ittihamı irəli sürüb. Bu cinayət əməlinə görə 20 ilədək və yaxud ömürlük həbs cəzası nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 300

Oxşar yazılar